Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 113 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövrü ərzində (24-30 avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 6 nəfər həlak olub, 3 nəfər xəsarət alıb (zəhərlənib), 4 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 3 nəfər qətldə, 6 nəfər bədən xəsarətləri yetirməklə sui-qəsddə, 27 nəfər qarətdə, 10 nəfər oğurluqda, 1 nəfər avtomobil qaçırmaqda, 1 nəfər insan alveri , 1 nəfər şantaj etməkdə şübhəli li bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 5 fakt qeydə alınıb.
C.Həmidov