Ötən həftə Azərbaycanın yollarında qeydə alınan yol-nəqliyyat hadisələri 19 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, həftə ərzində ölkədə 29 yol qəzası qeydə alınıb, daha 36 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ən ağır yol-nəqliyyat hadisəsi Şəki rayonunda baş verib, burada “Saipa” markalı avtomobilin aşması nəticəsində 4 nəfər həlak olub. Bundan başqa, Tovuz rayonunda “ Mersedes” markalı avtomobil yol kənarında dayanmış “KaMAZ”a çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
C.Həmidov