Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları ötən həftə narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 53 nəfəri, satmaqda şübhəli bilinən 9 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumilikdə 62,45 qram marixuana, 28,08 qram tiryək, 13,918 qram heroin müsadirə olunub.
Narkotik maddələrin qanunsuz ticarətində şübhəli bilinən şəxslərdən 18,465 kq. çətənə, 9,6 kq. marixuana, 2,5 kq. tiryək müsadirə olunub.
Bundan əlavə, DİN əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı 6 ton yabanı çətənə kolu aşkarlanaraq məhv edilib.
C.Həmidov