Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrini genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DSNX-dən məlumat verilib.
“Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, DSNX yüksək reytinqə malik olan xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrini yaradıb. Azərbaycan sığortaçıları üçün onların vasitəsilə sığorta, təkrarsığorta və broker əməliyyatları həyata keçirmək məqsədəuyğundur.
Xidmətin qərarı ilə Britaniyanın 2 şirkəti: “Arch İnsurance Company (Europe) Limited” və “QBE RE (Europe) Limited” xarici sığorta və təkrarsığorta şirkətlərinin reyestrinə daxil edilib.
Reyestrə daxil edilmiş xarici sığorta və təkrarsığorta şirkətlərinin ümumi sayı 161-ə çatıb.
Bundan başqa, “Direct İnsurance London Market” (Böyük Britaniya) xarici broker şirkətlərinin reyestrinə daxil edilib.
Beləliklə, reyestrə daxil edilmiş broker şirkətlərinin sayı 79-a çatıb.
A.Əzizov