Son üç ticarət sessiyasında xammal 25%-dən artıq bahalaşdıqdan sonra çərşənbə axşamı neftin qiymətində ucuzlaşmaya doğru dönüş olub. Bu barədə “Bloomberg” agentliyi məlumat verib.
Moskva vaxtı ilə saat 8:00-a “Brent” markalı neftin bir barelinin qiyməti (oktyabr ayı üçün müqavilə üzrə) təxminən 3% - $52,57-dək ucuzlaşıb.
Oktyabrda tədarük olunacaq “WTI” markalı neftin bir barelinin qiyməti 3%-dən çox - $47,68-ə qədər ucuzlaşıb.
Çərşənbə axşamı ABŞ-da neft ehtiyatlarına dair yeni məlumatlar dərc olunmalıdır, analitiklər ehtiyatların artmasını gözləyirlər.
Bir gün öncə bazarda OPEK-in “ədalətli qiymətə nail olmaq” məqsədi ilə digər neft istehsalçıları ilə danışıqlara hazır olduğu, o cümlədən ABŞ-da neft hasilatının azalmasına dair məlumatlar yayıldı. Lakin bazar iştirakçılarının sözlərinə görə, bazarda xammala tələbatın real azalması əlamətləri hələlik azdır.
90-cı illərin əvvəlindən son üç ticarət ssessiyasında qiymətlərin artımı rekord həddə olub.