2015-ci il sentyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $66,5 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat verilir.
Belə ki, fondun hesabında 66 mln. 526,42 min manat, $211,791 min və 593 avro toplanıb.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb.
R.Babayev