Milli Məclisin sədri Oqtay Əsədovun Nyu-Yorkda Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşü zamanı iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyi vurğulanıb. Bu barədə Azərbaycan parlamentinin mətbuat xidməti məlumat verib.
Nyu-Yorkda BMT-nin mənzil qərargahında Parlament Sədrlərinin IV Ümumdünya Konfransı çərçivəsində keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunub.
Y.Hamaçek ikitərəfli əlaqələrin inkişafını müsbət qiymətləndirib. Öz növbəsində O.Əsədov Çexiyanın Xocalı soyqırımına ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu xatırladıb.
R.Babayev