Çərşənbə axşamına keçən gecə Sabunçu rayonunun Maştağa qəsəbəsində 2 nəfər yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.
Sentyabrın 1-nə keçən gecə Maştağa qəsəbəsində “Lada Priora” markalı minik avtomobili ilə “Man” markalı yük maşını toqquşub.
Qəza nəticəsində “Priora”nın sürücüsü Elman Ağayev və sərnişin Rövşən Quliyev hadisə yerində həlak olublar. Bundan başqa, daha 2 sərnişin xəstəxanaya yerləşdirilib.
“Priora” markalı avtomobilin sahibi isə Sabunçu Rayon Polisİdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək avtomobilininqaçırıldığını bildirib.
R.Babayev