“Şəmkir” su elektrik stansiyası (SES) silsiləsi yanvar-iyul aylarında 702,6 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
İstehsalın ümumi həcmindən 486,1 mln. kVt/saat “Şəmkir” SES-in (hasilat üzrə plan 106,1% yerinə yetirilib), 216,5 mln. kVt/saat “Yenikənd” SES-in (plan 105% yerinə yetirilib) payına düşüb.
2014-cü ildə “Şəmkir” SES silsiləsi 770,9 mln. kVt/saat elektrik enerjisi istehsal edib ki, bunun da 534,8 mln. kVt/saatı “Şəmkir” SES-in, 236,1 mln. kVt/saatı “Yenikənd” SES-in payına düşür.
N.Abbasova