“Aqrarkredit” bank olmayan kredit təşkilatı nizamnamə kapitalını 12 mln. 669 min 490,96 manatadək artır. Bu barədə Qiymətli Kağızlar üzrəDövlətKomitəsinin saytında məlumat verilib.
Hazırda BOKT-nin nizamnamə kapitalı 196,672 min manata bərabərdir və bir qiymətli kağızın nominal dəyəri 1 manat olan 196,972 min ədəd səhmə bölünüb. Bununla da təşkilatın nizamnamə kapitalı 64,4 dəfə artacaq.
Məlumata əsasən, “Aqrarkredit”in nizamnamə kapitalının artımı təşkilatın səhmlərinin nominalı və sayının konvertasiyası yolu ilə həyata keçiriləcək. Xüsusilə QKDK “Aqrarkredit”in 12 mln. 669 min 490,96 manat məbləğində səhminin (bir qiymətli kağızın nominalı 0,67 manat olan 18 mln. 909,688 min səhm) əlavə emissiya prospektini qeydiyyata alıb.
“Aqrarkredit” QSC ölkədə ən iri bank olmayan kredit təşkilatıdır. QSC fəaliyyət üçün lisenziyanı 2003-cü il dekabrın 30-da alıb. Onun səhmdarları Maliyyə Nazirliyi, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti və “Meliorasiya və Su Təsərrüfatı” SC-dir.
A.Əzizov