Tərtərin Qapanlı kəndində toy çadırının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaralananlar olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi ANS telekanalına istinadən məlumat verir.
Atəş nəticəsində kənd sakinləri - 1962-ci il təvəllüdlü Müşkinaz Əliyeva, 1968-ci il təvəllüdlü Mədinə Əhmədova və 2013-cü il təvəllüdlü Zəhra Əhmədova yaralanıblar.
Azyaşlının xəsarəti yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qolundan güllə yarası almış 47 yaşlı M.Əhmədovanın vəziyyəti qənaətbəxşdir. M.Əliyevanın vəziyyəti isə ağırdır. O, Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə bu gün saat 13:48-də qeydə alınıb.
R.Babayev