Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) təşkil etdiyi turizm video çarxları üzrə müsabiqədə Azərbaycan öz turizm potensialını təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Kolumbiyanın Medelin şəhərində təşkilatın Baş Assambleyasının 21-ci iclası keçirilir.
Layihənin həyata keçirilməsində məqsəd turizmin marketinqi sahəsində multimedia vasitələrindən istifadənin əhəmiyyətini vurğulamaqla onun geniş istifadəsini təbliğ etməkdir.
Sözügedən müsabiqədə ölkəmiz "Azərbaycan - Şərqin Avropa cazibəsi" adlı çarxla təmsil olunur.
BMÜTT-nin turizm video çarxları üzrə müsabiqəsinə "online" səsvermə sentyabrın 10-na qədər davam edəcək.
A.Zeydullayeva