Gürcüstan Avropaya inteqrasiya kursunu həyata keçirməklə yanaşı, Rusiya ilə bağlı praqmatik siyasəti davam etdirəcək. Bu barədə baş nazir İrakli Qaribaşvili çərşənbə günü Tbilisidə səfirlərlə görüşdə bəyan edib.
"Hökumətin Rusiya ilə bağlı praqmatik siyasəti davam etdirməsi çox vacibdir. Bu siyasət bizə sabitliyi qoruyub saxlamağa imkan verib. Hesab edirəm ki, Rusiya ilə sülh dialoqu və praqmatik siyasətin alternativi yoxdur", - deyə İ.Qaribaşvili bildirib.
Görüşdə o, yeni təyin olunmuş xarici işlər naziri Georgi Kvirikaşvilini gürcü səfirlərə təqdim edib.
G.Kvirikaşvili bəyanatlarından birində qeyd edib ki, Gürcüstan avroatlantik inteqrasiya ilə yanaşı, Avrasiya ilə münasibətləri də inkişaf etdirməlidir.