Bakı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) avqust ayında ölkəmizdə səfərdə olmuş Ehtiyacların Qiymətləndirilməsi Missiyasının noyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı hazırladığı hesabatdan narazıdır.
“Azərbaycan RespublikasınınATƏT yanında daimi nümayəndəliyi təəssüf hissi ilə bildirir ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlar həmin məruzədə qeyd edilməyib”, - deyə nümayəndəliyin bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, missiyasınınhesabatı Azərbaycan cəmiyyətinin baxışını tam spektri ilə əks etdirmir.
“Əksinə olaraq, DTİHB ekspertləri Azərbaycanda birtərəfli seçkiqabağı siyasi mənzərə təqdim etməyə cəhd edən bəzi üçüncü tərəf mənbələrinə istinad ediblər”, - deyə bəyanatda qeyd edilib.
Bəyanatda, həmçininseçki məntəqələrinin və elektoratın sayı ilə DTİHB müşahidəçilərinin sayı (30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi) arasında fərqin olması ilə bağlı narahatçılıq ifadə olunub.
"Daimi nümayəndəlik Azərbaycan hakimiyyətinin ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirərək6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçini qəbul etməyə hazır olduğunu təsdiqləyir”, - deyə bəyanatda bildirilir.
Y.Əliyev