Çərşənbə günü səhər saatlarında Bağdadda 16 türk inşaatçı hərbi geyimli maskalı şəxslər tərəfindən oğurlanıb. Bu barədə “Associated Press” agentliyi xüsusi xidmət orqanlarının əməkdaşlarına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, türklər şiələrin məskunlaşdığı Mədinə-Sədr rayonunda idman kompleksi tikməli idilər.
Türkiyə Xarici İşlər Nazirliyi Bağdadda 16 türkün qaçırılması barədə məlumatı təsdiq edib.