Bakıda argentinalı rəssamların əl işlərindən ibarət "Argentinadan qravürlər" adlı sərgi açılacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Sərgi sentyabrın 10-da Müasir İncəsənət Muzeyində Argentinanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Sərgidə fırça ustaları Marselo Malaqamba, Marselo Agilar, Pablo Delfini, Osvaldo Xalil və Marina Rotberqin əsərləri nümayiş olunacaq.
Sərginin təşkilatçıları tamaşaçıları müxtəlif texniki və peşəkar vasitələrlə yerinə yetirilmiş eksperimentlərlə tanış etmək niyyətindədirlər. Qrafika böyük ustalıq tələb edən janr olub təsviri sənətin hüdud və potensialını təyin edir.
Sərgi oktyabrın 9-na qədər davam edəcək.
A.Zeydullayeva