Ağcabədi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ağcabədi şəhərində “Lada” markalı iki avtomobilin toqquşması nəticəsində hər iki avtomobilin sürücüləri Rahib Əhmədov və Rövşən Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hər iki yaralı xəstəxanada vəfat edib.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
C.Həmidov