Samux rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bu il tam orta məktəbi bitirən 256 nəfər müxtəlif ali təshil ocaqlarına sənəd verib. Onlardan 136 nəfər tələbə adına layib görülüb. 21 nəfər 500-700 arası bal toplamağa müvəffəq olub. Əvvəlki illərlə müqayisədə bu il bütün məktəblərdən qəbul qeydə alınıb”, – deyə Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov bildirib.
Konfransda son illər ərzində yeni məktəb binalarının təmiri və tikintisinin aparıldığı, müəllimlərdən 5-nin tərəqqi medalına, 5-nin əməkdar müəllim, 4-nün qabaqcıl təhsil işçisi adına layiq görüldüyü önə çəkilib. 1 nəfər isə ilin müəllimi müsabiqəsinin qalibi olub.
Tədbirin sonunda ali məktəblərə yüksək balla daxil olmuş məzunlar hədiyyələrlə mükafatlandırılıb.
F.Mehdiyev