Azərbaycanlı riyaziyyatçı alim ən nüfuzlu mükafatlardan birinə layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı riyaziyyatçı alim, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Arif SəlimovTürkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK-ın) ən nüfuzlu mükafatlarından biri sayılan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülüb. Alim bu mukafatla aktual mövzuları əhatə edən elmi tədqiqatlarına görə təltif olunub.
A.Səlimov sozügedən mükafata layiq görülən ilk azərbaycanlı alimdir.
A.Zeydullayeva