Azərbaycan Kazan şəhərində keçiriləcək “Multikulturalizm dünyasında muzeylərin rolu” adlı Beynəlxalq Muzey Forumunda təmsil olunacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir 8-12 sentyabr 2015-ci ilin tarixlərində keçiriləcək.
Forumda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Fonoteka şöbəsinin müdiri Ruqiyyə İsmayılova iştirak edəcək.
A.Zeydullayeva