Sentyabrın 18-də Kaliforniya ştatının Santa Monika şəhərində “Üzeyir Hacıbəyli Günü” qeyd olunacaq. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.
Bu xüsusi gün Azərbaycan klassik musiqisinin yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə əlaqədar elan olunub.
Bu münasibətlə Santa Monika şəhərinin meri Kevin Makkion tərəfindən xüsusi bəyannamə imzalanıb. Beləliklə, bir çox Hollivud ulduzlarının və rejissorlarının yaşadığı bu şəhərdə 18 sentyabr 2015-ci il tarixi “Üzeyir Hacıbəyli Günü” kimi qeyd olunacaq.
Konsulluqdan verilən məlumata görə, dünya şöhrətli “Arşın Mal Alan” filminin rənglənmiş versiyası ABŞ-da ilk dəfə olaraq Los Ancelesdə nümayiş etdiriləcək.
A.Zeydullayeva