Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) “Microsoft” şirkətinin Gümüş tərəfdaşları sırasına daxil olub. Bu barədə MHM-in məlumatında deyilir.
Hazırda “Microsoft” şirkətinin əməkdaşlıq proqramı özündə dünyanın 32 min şirkətini birləşdirir.
“RYTN MHM Azərbaycanda “Microsoft” şirkətinin Gümüş tərəfdaşları sıralarına daxil olan ilk dövlət müəssəsi oldu. Bunun əsas səbəblərindən biri müəssisənin yüksək səviyyəli və peşəkar mütəxəssislərə malik olmasıdır”, - deyə məlumatda qeyd edilir.
Gümüş tərəfdaşlıq MHM-ə “Microsoft” şirkəti ilə tərəfdaşlıq münasibətlərində bir sıra üstünlüklər verir: "Microsoft"un məhsullarının əldə edilməsi üçün xüsusi şərtlər, şirkətin bazarda təşviqi və s.
MHM-in “Microsoft” ilə strateji əməkdaşlığı Azərbaycanda müasir texnologiyaların inkişafına yeni təkan verəcək, həmçinin şirkət bulud texnologiyalarının "Elektron hökumət" portalı üzərindən təqdim olunan xidmətlərə tətbiq olunması portalın potensialını daha da artıracaq.
N.Abbasova