Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov bildirib ki, MSK nümayəndələri Yunanıstan və Türkiyədə keçiriləcək seçkiləri məsafədən müşahidə edəcəklər, Ukraynadakı seçkilərə gəlincə isə, qoy bu işi onların özləri həll etsinlər.
“Yunanıstan və Türkiyədə seçkiləri məsafədən müşahidə edəcəyik, ukraynalıların işlərinə qarışmayacağıq, özləri bilərlər”, - deyə V.Çurov cümə axşamı jurnalistlərə bildirib.
Yunanıstanda növbədənkənar parlament seçkiləri sentyabrın 20-nə, Türkiyədə isə noyabrın 1-nə təyin edilib.
Ukraynada yerli hakimiyyət orqanlarına seçkilər Donetsk və Luqansk vilayətlərinin bir neçə rayonu istisna olmaqla oktyabrın 25-nə təyin edilib.