Rusiya prezidenti Vladimir Putin ümid edir ki, ölkənin neft-qaz şirkətləri öz effektivliyini və rəqabət qabiliyyətini artıracaq, yeni səviyyəyə çıxacaqlar.
Mən əminəm ki, bu sahədə çalışan işçilər gələcəkdə də qarşılarına qoyulan tapşırıqları şərəflə yerinə yetirərək Rusiyanın ixrac potensialının artırılmasını, eləcə də daxili bazarın dayanıqlı işini təmin edəcəklər”, - deyə V.Putin neft və qaz sənayesi işçiləri qarşısında çıxış edərkən bildirib.
O söyləyib ki, 2014-cü ildə müasir Rusiya üçün karbohidrogen istehsalında rekord göstərici əldə edilib, 526 mln. tondan çox neft, 640 mlrd. kubmetrdən çox qaz istehal olunub.