Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 4-də manatın dollara nisbətən rəsmi məzənnəsini sentyabrın 3-də qeydə alınmış 1,0481 manat/$1 səviyyəsinə qarşı 1,0486 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0477% ucuzlaşıb.
AMB sentyabrın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsini sentyabrın 3-də qeydə alınmış 1,1763 manat/1EUR səviyyəsinə qarşı 1,1667 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,8161% möhkəmlənib.
Sentyabrın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi sentyabrın 3-də qeydə alınmış 0,0157 manat/1RUR səviyyəsinə qarşı 0,0158 manat/1RUR səviyyəsində müəyyən edilib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A. Əzizov