Azərbaycanın şimalında Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Oğuz rayonunda zəlzələ saat 9.55-də 21 km dərinlikdə baş verib. Zəlzələ Şəkidən 23 km cənub-şərqdə qeydə alınıb. Təkanlar hiss olunmayıb.
Daha əvvəl verilən xəbərə görə, səhər saat 09:49-da Şəki rayonu ərazisində təkanlar qeydə alınıb. Zəlzələ rayon mərkəzindən 29 km aralıda, 13 km dərinlikdə baş verib. Episentrdə təkanların gücü 7 bal, qonşu rayonlarda isə 5-6 bal olub.
A.Zeydullayeva