Son sutka ərzində Makedoniyaya Yunanıstan ərazisindən rekord sayda - 5,6 min nəfərə yaxın qaçqın və immiqrant keçib. Bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı Melissa Fleminq cümə günü keçirilmiş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu, orta gündəlik göstəricilərdən coxdur. Adətən son vaxtlar Yunanıstandan Makedoniyaya sutka ərzində 2-3 min nəfər keçir.