Braziliyada sərnişin avtobusunun aşması nəticəsində ən azı 15 nəfər həlak olub, təxminən 40 nəfər yaralanıb. Bu barədə yerli mətbuat xəbər verir.
Faciə Rio-de-Janeyro ştatının Parati bələdiyyə şossesində baş verib. Avtobus Parati kurortuna dincəlməyə gedən braziliyalıları daşıyırdı.
Yol-nəqliyyat hadisəsinin səbəbləri hələ aydınlaşdırılmayıb, araşdırma aparılır.