Böyük Britaniyanın İcmalar Palatası səsvermə yolu ilə hökumətin ölkənin Aİ-yə üzvlüyü haqqında referendum keçirilməsinə dair təklifini dəstəkləyib. Bu barədə KİV-lər məlumat verir.
Referendumun keçirilməsi lehinə 316 deputat səs verib. Əleyhinə səs verən 56 deputat hökumətin referendumu 2017-ci il dekabrın 31-dən gec olmamaq şərti ilə keçirmək barədə təklifi ilə razılaşmayıblar.
Məsələyə parlamentin Lordlar Palatasında da baxılacaq.