ABŞ-ın Əfqanıstana hava zərbələri endirməsi nəticəsində ən azı 11 əfqan polisi həlak olub. Bu barədə jurnalistlərə ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
Hava hücumu zamanı polis və bir qrup yerli sakin ölkənin cənubunda, Pakistanla sərhəd olan Gilmənd vilayətində narkotik istehsalçılarının axtarışı üzrə reyd keçirirdi.
Hələ ki, hakimiyyət hadisə ilə bağlı ətraflı məlumat vermir.
Əfqanıstan KİV-ləri 28 nəfərin öldüyünü bildirsə də, DİN bu məlumatları təsdiq etməyib.
ABŞ-ın Əfqanıstandakı Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Brayen Tribus Əfqanıstan DİN-in məlumatını təkzib edərək bildirib ki, sentyabrın 6-da, yəni polislər həlak olan gün ABŞ və ya NATO qüvvələri Gilmənd vilayətində heç bir hədəfə zərbə endirməyiblər.