Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 9 rayonda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Əmək yarmarkalarının sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar və Lerik rayonlarında keçirilməsi planlaşdırılır.
Hazırda qeyd olunan rayonlardakı idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumatların toplanması işləri aparılır.
R.Babayev