Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Dövlət Gömrük Komitəsinin (DGK) Kinoloji Mərkəzinə özünün Regional Kinoloji Mərkəzi statusunu verib. Bu barədə DGK-nın məlumatında deyilir.
Bazar ertəsi Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və ÜGT-nin baş katibi Kunio Mikuriya “DGK-nın Kinoloji Mərkəzindən ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə olunması haqqında” memorandum imzalayıblar.
K.Mikuriya bildirib ki, Azərbaycanda gömrük sisteminin modernləşdirilməsinə və kadrların peşəkar səviyyəsinin yüksəldilməsinə beynəlxalq əməkdaşlığın inkişafının əsas istiqamətlərindən biri kimi xüsusi diqqət ayrılır.
N.Abbasova