Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 10-da Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının XİN başçılarının toplantısında iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qazaxıstan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Komitəsinin mətbuat xidmətinin üçüncü katibi Rahat Kuspanov məlumat verib.
Sentyabrın 11-də isə Qazaxıstan paytaxtında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin başçılarının iştirakı ilə V zirvə toplantısı keçiriləcək.
Həmin gün “Barıs” buz sarayında Qazax xanlığının yaradılmasının 550 illiyinə həsr olunmuş tamaşa nümayiş etdiriləcək. Zirvə toplantısının iştirakçıları tamaşaya dəvət olunublar.
R.Babayev