Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə San-Marino Respublikasının xarici və siyasi işlər üzrə dövlət katibi Paskal Valentini arasında keçirilən görüşün yekunu olaraq “Azərbaycan Respublikası Hökuməti və San-Marino Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” saziş imzalanıb.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, tərəflər, həmçinin “Azərbaycan Respublikası və San-Marino Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında” Konvensiya da imzalayıblar.
İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə P.Valentini iki ölkə arasında münasibətlərin bundan sonra daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.
Tərəflər Azərbaycan və San-Marino arasında potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb və Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı enerji layihələrində San-Marinonun iştirakının mümkünlüyünü qeyd ediblər.
Y.Əliyev