Bakıda dahi bəstəkar Üzeyir Hacıbəyliyin 130 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında dünyanın məşhur musiqiçiləri iştirak edəcəklər. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Sentyabrın 18-dən 28-dək keçiriləcək festival Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Festivalda Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcəklər.
A.Zeydullayeva