Çərşənbə günü səhər Dağıstanın Xasavyurt rayonunun Novıy Kuruş yaşayış məntəqəsində yerli məscidin imamı qətlə yetirilib. Bu barədə “İnterfaks-Cənub” agentliyinə Dağıstanın hüquq mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
“İmam səhər namazından sonra məsciddən çıxarkən odlu silahdan atəş açılaraq öldürülüb”, - deyə mənbə bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Novıy Kuruş yaşayış məntəqəsində baş vermiş qətl faktını təsdiq edib. “Hadisənin səbəbləri dəqiqləşdirilir, öldürülən kişinin şəxsiyyətinin müəyyən edilməsi üzrə iş aparılır”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.