Sentyabrın 11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkilatın www.saglamliq.isim.az maarifləndirici İnternet səhifəsində yaradılmış “Reproduktiv sağlamlıq” və “Qeyri-infeksion xəstəliklərə dair məlumat” portallarının təqdimatı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Layihə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilir.
Tədbir iştirakçıları portallar barədə ətraflı məlumat əldə edəcək, “Mənim reproduktiv sağlamlığım” və “Sağlamlığını qiymətləndir” virtual alətlərlə tanış olacaqlar.
Təqdimat mərasimində Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin iştirakı gözlənilir.
A.Zeydullayeva