Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Qazaxıstana işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
Səfərdə məqsəd 10 sentyabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etməkdir.
İclas çərçivəsində E. Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.
Y.Əliyev