Bakı Əfqanıstanın İKT, energetika və nəqliyyat sahələrini dəstəkləmyə hazırdır. Bu sözləri Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev deyib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ə.Şıxəliyev 3-4 sentyabr tarixlərində Kabulda 6-cı Regional İqtisadi Əməkdaşlıq Konfransında, 5 sentyabr tarixində isə Əfqanıstan üzrə Tokio Qarşılıqlı Etimad Prosesi çərçivəsində Yüksək Vəzifəli Şəxslərin ikinci iclasında iştirak edib. O,Bakı-Tbilisi-Qars dəmiryolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Əfqanıstan üçün əlverişli yollarla dünya bazarına çıxış imkanları yaradacağını, bunun isə öz növbəsində Əfqanıstan iqtisadiyyatının canlanmasına və davamlı inkişafına mühüm töhfə verə biləcəyini qeyd edib.
AİDA Agentliyinin rəhbəri ölkənin inkişafı üçün informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafının, o cümlədən elektron hökumət sisteminin qurulmasının yüksək əhəmiyyətini vurğulayaraq, bu sahədəölkəmizin əldə etdiyi uğurlardan biri olan və BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülmüş “ASAN xidmət”in təcrübəsini bu dövlətlə paylaşmağa Azərbaycanın hazır olduğunu diqqətə çatdırıb.
Ə.Şıxəliyevölkəmizin Əfqanıstan Milli Ordusunun Etimad Fonduna maliyyə yardımı göstərdiyini, eyni zamanda, Əfqanıstanda insan kapitalının inkişafı məqsədilə ölkəmiz tərəfindən əfqan mütəxəssislər və tələbələr üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğu barədə də məlumat verib.
R.Babayev