Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti növbəti əmək yarmarkasını Göygöl rayonunda keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Yarmarkaya 104-ü dövlət, 42-si qeyri-dövlət, 21-i isə fiziki şəxslərə aid 168 boş iş yeri çıxarılıb. İş yerləri üzrə orta aylıq əmək haqqı 180 manat təşkil edib”, – deyən Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərov gün ərzində müraciət edənlərdən 44-nə tövsiyə məktubu verildiyini bildirib.
Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, bu ilin geridə qalan dövrü ərzində mərkəzə 280 iş axtaran müraciət edib. Onlardan 176 nəfəri münasib işlə təmin olunub, 11 nəfərə isə işsizlik statusu verilib.
F.Mehdiyev