Son 9 ayda Azərbaycana gələn turistlərin sayı 10% azalıb. Bu barədə çərşənbə günü jurnalistlərə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov məlumat verib.
“Ötən 9 ay ərzində ölkəyə gələn turistlərin sayı azalıb. Əsasən Rusiyadan (87 min nəfər) və Gürcüstandan (60 min nəfər) gələn turistlərin sayında azalma müşahidə olunub”,- deyə o bildirib.
N.Səmədov bunu bu gün dünyada müşahidə olunan iqtisadi böhranla əlaqələndirib.
Bununla yanaşı, o, Avropa, Amerika, Asiya və Avstraliyadan Azərbaycana gələn turistlərin sayının artdığını qeyd edib.
A.Zeydullayeva