Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsindəsentyabrın 13-dəqondarma “özünüidarəorqanları”na “seçkilər”in keçirilməsinəetirazını bildirir. İcmanın yaydığı bəyanatda belədeyilir.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu “seçkilər” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma vəprinsiplərini kobud şəkildəpozur vəDağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərəalmır.
Qeyd edilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəlegitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuşərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlıəhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı vəerməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçiriləbilər.
“Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli şəkildə həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və bölgənin iki icması arasında dinc yaşayış təmin olunacaq”,- deyə bəyanatda vurğulanır.
R.Babayev