Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa,abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.
Dövlət başçısının saytında verilən xəbərə görə, İ.Əliyevin çərşənbə günü imzaladığı sərəncama əsasən 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 dörd mln. manat ayrılacaq.
Y.Əliyev