Bakı işğal altında olan Dağlıq Qarabağa səfər etmiş erməni şahmatçı Levon Aronyana Bakıda start götürəcək dünya kuboku turnirində iştirak etməyə icazə verməklə güzəştə gedib. Bu sözləri gənclər və idman naziri Azad Rəhimov deyib.
“Bəzi şəxslər Dağlıq Qarabağa səfər edərək Azərbaycan qanunlarını pozur, sonra isə cəmiyyət qarşısında üzr istəyirlər. Bəziləri məsələnin mahiyyətini bilmədikləri üçün Qarabağa səfər edirlər. Bəzi hallarda ölkə hər hansı müvafiq məqamı nəzərə alaraq, indiki halda isə bu vəziyyətə nəzarət edən Azərbaycan Xarici İşlər Nazirliyi belə qərar verə bilər”, - deyə A.Rəhimov Dağlıq Qarabağda “şahmat yarışında” iştirak etmiş Levon Aronyanın turnirdə iştirakına dair sualı cavablandırarkən bildirib.
“Mənə belə gəlir ki, bu addım məhz həmrəylik, sülh və idman naminə atılıb”, - deyə nazir qeyd edib.
R.Babayev