Sentyabrın 23-25-də Bakıda “Yeni Rusiya. Yeni energetika” mövzusunda XIII energetika konfransı keçiriləcək. Bu barədə “Enerji İstehalçıları Şurası” qeyri-kommersiya tərəfdaşlığının məlumatında bildirilir.
“Konfans MDB-yə üzv dövlətlərin maraqlarına uyğun olaraq elektrik enerjisi sahəsində beynəlxalq əlaqələrin inkişafına kömək edəcək. Tədbirin proqramına istilik enerjisinin aktual məsələləri, energetika sisteminə vahid tələblərin qoyulması və elektroenergetikanın inkişaf perspektivlərinə dair sessiyalar daxildir”, - deyə məlumatda qeyd edilir.
Konfransda Rusiyanın dövlət hakimiyyət orqanlarının nümayəndələri, top menecerlər, Rusiyanın bütün iri energetika şirkətlərini birləşdirən “Enerji İstehsalçıları Şurası” qeyri-kommersiya tərəfdaşlığının üzvü olan şirkətlərin orta halqasının rəhbərləri iştirak edəcəklər.
N.Abbasova