BMT Baş Assambleyası cümə axşamı təşkilatın Nyu-Yorkdakı mənzil qərargahı önündə Fələstin bayrağının asılmasına çox güman ki, icazə verəcək. Bu barədə dünya KİV-ləri məlumat verir.
KİV-lər qeyd edirlər ki, bu məsələ səsvermə yolu ilə həll edilməli olsa da, bununla bağlı qətnamə layihəsinin müzakirəsinin nəticələri onun qəbul olunacağını deməyə əsas verir.
“Bunun yalnız bir simvolika olmasına baxmayaraq, bu, Fələstin dövlətinin dünya birliyində mövqeyini möhkəmləndirən daha bir addımdır”, - deyə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur qeyd edib.
Bununla yanaşı, müşahidəçilər bildirirlər ki, hələlik bəzi Avropa dövlətlərinin səsvermədəki mövqeyi məlum olmasa da, ABŞ və İsrailin qətnaməyə qarşı qəti mövedən çıxış edəcəyi gözlənilir.