Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin avqust ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası istiqamətində DƏMX tərəfindən müvafiq tədbirlər görülüb. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub və həmin cərimələrin 30,4 %-i, yəni 178,838 manatı artıq dövlət büdcəsinə ödənilib.
R.Babayev