Bu ilin yanvar ayından Almaniyaya 450 min qaçqın gəlib. Bu barədə cümə axşamı Almaniya Federativ Respublikasının vitse-kansleri Ziqmar Qabriel məlumat verib.
“Çərşənbə axşamına olan məlumatlara əsasən Almaniya ilin əvvəlindən 450 min qaçqın qəbul edib”,- deyə o, Bundestaqda çıxışı zamanı bildirib.
“Avqust ayında 105 min, sentyabrın ilk səkkiz günündə isə 37 min qaçqın gəlib. Ola bilsin ki, sentyabr ayında onların sayı 100 mindən çox olacaq”, - deyə Almaniyanın vitse-kansleri qeyd edib.
Z.Qabriel bu həftə verdiyi öncəki bəyanatda bildirib ki, Almaniya hakimiyyəti bir neçə il ərzində ildə 500 minə yaxın qaçqın qəbul etməyi planlaşdırır.