Ermənistan Rusiya vətəndaşlarına ölkəyə xarici pasport olmadan, daxili Rusiya pasportları ilə səfər etməyə icazə vermək niyyətindədir.
Cümə axşamı hökumətin iclasında Ermənistanın baş naziri Ovik Abraamyan Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeqanyana məsələ ilə əlaqədar rusiyalı həmkarları ilə danışıqlara başlamağı tapşırıb.
Məlumata görə, Rusiya vətəndaşlarının yalnız 10%-nin xarici pasportu var. Avrasiya İqtisadi Şurasının üzvü kimi bu istiqamətdə işə başlamaq lazımdır ki, RF vətəndaşları ölkədaxili pasportlarla Ermənistana səfər edə bilsinlər. Bu, turizmin inkişafına, iqtisadi əlaqələrin fəallaşmasına kömək edəcək”,- deyə O.Abraamyan parlamentin iclasında bildirib.