Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) parlament seçkilərində iştirak etməkdən imtina etmək barədə qərar qəbul edib. Bu barədə DQMŞ-nin bəyanatında deyilir.
“Ölkədə demokratik və azad seçkilərin keçirilməsi üçün lazımi şəraitin yarısı belə mövcud deyil. Bununla əlaqədar olaraq DQMŞ 2015-ci il noyabrın 1-də keçiriləcək parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir”,- deyə bəyanatda bildirilir.
Milli Şura bu qərarı onunla əsaslandırır ki, Azərbaycan hakimiyyəti DQMŞ-nin seçkiqabağı vəziyyəti demokratikləşdirmək üçün irəli sürdüyü təklifləri nəzərə almayıb.
Özündə bir sıra siyasi partiya və hərəkatları birləşdirən DQMŞ-nin əsas aparıcı qüvvəsi Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.
R.Babayev